AZ

Gürcüstan məktəblərində müəllimlərə də mobil telefondan istifadə qadağan ediləcək

Tbilisi, 21 yanvar, AZƏRTAC

Gürcüstanda məktəblərdə təkcə şagirdlərə deyil, müəllimlərə də mobil telefonlardan istifadə etmək qadağan olunacaq. Dövlət məktəblərində müəllimlər dərs zamanı mobil telefonlardan istifadə edə bilməyəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu qadağa 2026-2027-ci tədris ilində qüvvəyə minəcək ümumi təhsil islahatlarında nəzərdə tutulub.

Məlumata görə, müəllimlər dərs zamanı mobil telefonların istifadəsini məhdudlaşdırmaqla şagirdlərinə şəxsi nümunə göstərməlidirlər. Lakin bu, müəllimlər üçün qadağan xarakteri daşımır. Bu, sadəcə şagirdlər üçün şəxsi nümunədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
124
8
azertag.az

9Mənbələr