Bakı.Trend:
Dezinformasiya insanların məlumatı düzgün anlamaqda çətinlikçəkməsinə səbəb olur və bu da zamanla daha ciddi problemlərinyaranmasına gətirib çıxarır.
Trend xəbərverir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçıdirektorunun müavini Natiq Məmmədli bu gün Bakıda “Dezinformasiya:qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi”mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, hazırda bir çox ölkələrdə informasiya mühitiniçirkləndirən dezinformasiya halları artmaqdadır.
“Azərbaycanın dezinformasiya ilə mübarizə aparmaq üçün güclüsiyasi və institusional mexanizmləri var. Dezinformasiyanınyayılması dünyada altı dəfədən çox artıb və bu cür məlumatlaryayıldıqdan sonra onların aradan qaldırılması daha çətin prosesəçevrilir. Xüsusilə süni intellekt əsaslı kontent dezinformasiyanınyayılmasında ciddi təhdid kimi qiymətləndirilir.
Dezinformasiyanın sürətlə yaranmasının əsas səbəblərindən biridünya üzrə mediaya olan ictimai etimadın azalmasıdır”.
N.Məmmədli vurğulayıb ki, media həqiqətə xidmət etməlidir, lakintəəssüf ki, bunu beynəlxalq mediada hər zaman görmək mümkün olmur.Nəticədə mediaya olan inam azalır.