AZ

NASA antena qəzasını ictimaiyyətdən gizlədib

Reyting.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-da NASA-nın uzaq kosmik rabitə üçün yeganə 70 metrlik ötürücüsü olan "DSS-14" antenası sıradan çıxıb.

Reyting.az-ın məlumatına görə, hadisə 2025-ci ildə, sentyabr ayının 16-da Kaliforniya ştatında yerləşən Qoldstoun kompleksində baş baş versə də, bu, uzun müddət gizli saxlanılıb.

Qeyd olunur ki, antena nəzarətdən çıxdıqdan sonra özü hərəkət etməyə başlayıb, daha sonra isə kabelləri qoparıb, eyni zamanda "boşqab"ın içi su ilə dolub.

Qeyd olunur ki, "DSS-14" antenası "Deep Space Network"un ən əsas elementlərindən biridir və cihazın sıradan çıxması planetar müdafiə, həmçinin uzaq kosmik missiyalara çox ciddi təsir göstərir.

Antenanın qismən bərpası aprelə, tam işə salınması isə 2026-cı ilin may ayının 1-ə planlaşdırılıb.

Mərkəzin digər məlumatına görə, 2026-cı ildə bir də təkrar iş aparılacaq, modernizasiya üçün yenidən dayandırılıb yoxlanılacaq, 2028-ci ilin sonunda isə istismara veriləcək.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
reyting.az

1Mənbələr