AZ

Təhsil aldığınız müəssisə bağlanıbsa, attestatı necə əldə edə bilərsiniz?

Bakı. Trend:

Təhsil müəssisəsi bağlanıbsa attestat almaq üçün müvafiqRegional Təhsil İdarəsinə müraciət edilir. Məktəb bağlandıqdansonra təhsil sənədlərinin hansı arxivdə saxlanıldığı barədə məlumatəldə olunur və attestatın verilməsi üçün müvafiq tədbirlərgörülür.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyindən məlumat verilib.

Bildirilib ki, aralıq imtahanlarından (eksternat) keçən şəxslərümumi orta və ya tam orta təhsil haqqında sənəd almaq üçünburaxılış imtahanlarında iştirak etmək hüququ əldə edirlər.Buraxılış imtahanlarında müsbət nəticə göstərən şəxslərə attestatonların siyahıya daxil edildiyi məktəb tərəfindən təqdimolunur.

Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciətedən şəxsin yaşı ən azı 16 olmalıdır. Tam orta təhsil səviyyəsiüzrə attestat almaq üçün isə müraciət edən şəxsin yaşı 18-dən aşağıolmamalıdır.

Eksternat imtahanında iştirak etmədən birbaşa attestat almaqmümkün deyil. Müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsilsəviyyəsini vaxtında başa vurmamış şəxslər attestat almaq üçün ilknövbədə eksternat (aralıq) imtahanlarında iştirak etməlidirlər.

Əgər şəxsin qeydiyyatda olduğu və faktiki yaşadığı yer oxuduğuməktəbin yerləşdiyi regiondan fərqlidirsə, bu zaman yaşadığı əraziüzrə arayış təqdim etməklə həmin regionun müəyyən etdiyi təhsilmüəssisəsində imtahan verə bilər.

Qeyd edək ki, 31 yanvar 2026-cı il tarixində ölkə üzrə eksternatqaydada imtahanlar təşkil ediləcək.

Seçilən
21
1
az.trend.az

2Mənbələr