AZ

ARDNF-nin GIP-lə strateji əməkdaşlıq niyyətini rəsmiləşdirməsi bizə nə qazandırır? - ŞƏRH

Bakı.Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Davosdaaktivlərin idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindənolan “BlackRock” və onun törəmə şirkəti “Global InfrastructurePartners” (GIP) ilə uzunmüddətli strateji əməkdaşlıq niyyətinirəsmiləşdirib. Əməkdaşlıq qlobal infrastruktur fondlarına çıxışlayanaşı, Azərbaycanda və Azərbaycanla əlaqəli infrastrukturlayihələrinə investisiya imkanlarını nəzərdə tutur.

Azərbaycanla əlaqəli infrastruktur aktivlərinə investisiyaimkanlarının nəzərdən keçirilməsi hansı yeni perspektivləri açmağaimkan yaradacaq?

Mövzuyla bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimlibildirib ki, "BlackRock" şirkəti dünyanın ən böyük aktivləri idarəedən şirkətidir. Aktiv portfelinin həcminə və investisiyaimkanlarına görə dünyanın bir nömrəli fondudur. GIP (GlobalInfrastructure Partners) isə bu şirkətin infrastruktur üzrətərəfdaşıdır.

"ARDNF özü də aktivləri idarə edir. "BlackRock" isəinvestorlardan vəsait cəlb edərək həmin pulları müxtəlif aktivlərəyatırır. Dövlət Neft Fondu isə ölkənin neft və qaz gəlirləriniinvestisiya edir.

İndi bu iki şirkət arasında uzunmüddətli strateji əməkdaşlıqistiqamətində niyyət memorandumu imzalanıb. Niyyət memorandumununmahiyyəti ondan ibarətdir ki, bu tərəflər üçün hüquqi öhdəlikyaratmır, ilkin razılaşmadır və əməkdaşlığın ümumi konturlarınımüəyyənləşdirmək məqsədi daşıyır".

Ekspert qeyd edir ki, burada iki əsas aspekt diqqəti cəlb edir.Birincisi, bu addımla ARDNF dünyanın ən böyük aktiv idarəetməşirkəti ilə əməkdaşlığa başlayır. Sözügedən əməkdaşlıq isə imkanyaradır ki, ARDNF həmin şirkətin layihələrində iştirak etsin.

"Xüsusilə GIP-in həyata keçirdiyi qlobal infrastrukturlayihələrinə neft fondumuzun da investisiya qoyması mümkün olabilər. Yəni "BlackRock"-un GIP törəmə şirkəti vasitəsiləinvestisiya etdiyi layihələrdə ARDNF da pay almaq istəyir. Görünür,fond öz portfelinin bir hissəsini bu cür infrastruktur layihələrinəyönəltməyə qərar verib və bu, düzgün qərardır".

Ekspertin fikrincə, faiz dərəcələrinin necə olacağı,gəlirliliyin hansı səviyyədə formalaşacağı və investisiyalarınsonradan necə qiymətləndiriləcəyi ayrıca məsələdir.

"Amma investisiya portfelində infrastruktur layihələrinin olmasıstrateji baxımdan düzgün yanaşmadır. Bu istiqamətdə ARDNFəməkdaşlığa başlayır.

İkinci məqam isə bu investisiyaların Azərbaycana cəlb olunmasıməsələsidir. Bu da olduqca maraqlı və vacib məsələdir. Süniintellekt, rəqəmsal məlumat bazalarının yaradılması və bu sahələrüzrə layihələrə investisiya qoyuluşuna ehtiyac var".

Xalid Kərimli vurğulayıb ki, hər iki istiqamət ölkəmiz üçün çoxvacibdir.

Seçilən
28
1
az.trend.az

2Mənbələr