AZ

Mina təhlükəsizliyi ilə bağlı ictimai dinləmənin keçirilməsi təklif edilir

Bakı. Trend:

Parlament rəhbərliyi ilə müzakirələrdən sonra minatəhlükəsizliyi ilə bağlı ayrıca ictimai dinləmənin keçirilməsiməqsədəuyğun olardı.

Trend xəbərverir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyailə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev komitənin bugünküiclasında deyib.

Millət vəkili xatırladıb ki, illər əvvəl bu mövzuda dinləməkeçirilib:

“Bu məsələni bir neçə komitənin birgə əməkdaşlığı şəraitindəyenidən gündəmə gətirmək olar. Çünki mina təhlükəsi təkcətəhlükəsizlik məsələsi deyil, eyni zamanda ekoloji resurslara,maddi-mənəvi irsə, torpağa və digər sahələrə ciddi təhdid yaradanbir problemdir. Bu məsələnin konsepsiyasını hazırlamaq və ilərzində dinləmə formatında müzakirəyə çıxarmaq mümkündür”.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr