AZ

Məqsəd BMT-ni dağıtmaqdır: Trampdan ETİRAF

ABŞ prezidenti Donald Tramp Qəzza zolağı üçün təklif etdiyi "Sülh Şurası"nın nəticədə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə biləcəyi ehtimalını istisna etməyib.

Publika.az xəbər veri ki, onun bu sözlərini "Fox News" dərc edib.

Amerika lideri yeni strukturun BMT-yə alternativ ola biləcəyi ilə bağlı suala "Ola bilsin" cavabını verib.

Tramp BMT-nin gözlədiyindən daha az təsirli olduğunu vurğulayıb. "Mən bu təşkilatın böyük tərəfdarıyam, amma gözləntiləri doğrultmadı", - deyə Ağ Ev rəhbəri deyib.

Xatırladaq ki, Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib. Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Seçilən
111
1
publika.az

2Mənbələr