Xosep Qvardiola bu matça həsr olunan mətbuat konfransında diqqətçəkən açıqlamalar verdi. Əslində dünyaca ünlü mütxəsəssis indi bəlkə də heç vaxt olmadığı qədər böyük təzyiq altındadı. Çünki dünənki oyuna qədər “Siti” premyer-liqada keçirdiyi son 6 qarşılaşmada cəmi bir qələbə qazanmışdı.
Amma Qvardiolanın sözlərindən belə başa düşmək olar ki, o, komandasının oyunundan razıdı. Sadəcə, futbolda hər şey nəticədən asılı olduğu üçün insanlar “Siti”ni tənqid edir. 52 yaşlı məşqçi “şəhərlilər”in son qazandığı titula da toxunub:
“Təəssüf ki, futbol dünyası məhz belə qurulub. Bu reallığı heç kim dəyişə bilməz. Qalib gəlmirsənsə, deməli, sən artıq heç kimsən. Sən sıfırsan! Üstəlik qələbələrin sayı artdıqca insanlar sənin uğursuzluğa düçar olmağını daha çox istəməyə başlayır. Amma mən komandamla fəxr edirəm. Son qazandığımız titullar inanılmaz komanda olduğumuzu göstərir. Karyeramda insanların ilk dəfə mənim uğursuzluğumu gözləməsinin harda şahidi oldum? “Barselona”da işləyərkən. Orda bu təzyiqi birinci gündən hiss etməyə başladım. İnsanlar yalnız mənim quyunun dibinə yuvarlanmağımı gözləyirdilər. Hamı necə gözəl oynadığımızı, öz taktikamızın olduğunu, bütün bunların mükəmməl olduğunu deyirdi. Əslində isə onların bizim gördüyümüz işdən heç xəbərləri də yox idi. Nə üçün tərifləyiridlər? Sadəcə, qələbələr qazandığımıza görə. Amma bu çərçivəni aşmaq lazımdı. Əslində qalib gələ bilmədikdə məşqçiyə qarşı şübhələrin yaranması normaldı. Bu, əksinə, mənim xoşuma gəlir. Gözləyək görək, bu dəfə vəziyyətdən necə çıxacağıq. Bir neçə gün öncə bu mövzuya toxunarkən demişdim ki, biz “Kristal Pelas”a da, “Liverpul”a da, “Tottenhem”ə də qarşı çox yaxşı oynadıq. Amma sözlərimə fikir verən olmadı. Bu, bir daha göstərir ki, insanlar üçün bizim necə oynamağımızın heç bir əhəmiyyəti yoxdu. Halbuki biz son 8 ildə ən yaxşı səviyyəmizdə necə oynayırdıqsa, bu matçlarda da elə oynamışdıq. Fərq yalnız ondadı ki, qalib gələ bilmədik. Qalib gəlmədinsə, deməli, faciədi və böhrandı. Nə edək... Bunu da qəbul etməliyik. Yalnız qələbə qazanmadığımıza görə tənqid olunuruqsa, məşqçi kimi bununla barışmalıyam. Bunun baş verməməsi üçün hər növbəti oyunda qalib gəlməliyik.
Klublararası DÇ-də əla nəticələr əldə etdik. Bizim uğurumuzun sirri heç də İstanbulda “İnter” üzərində qazandığımız qələbə deyil. Bu qələbəni “Monako”, “Liverpul”, “Tottenhem”, “Lion”, finalda “Çelsi” ilə oyunlardakı məğlubiyyət, “Real”a qarşı son dəqiqələrdə buraxdığımız qollar üzündən qazandıq. Yəni son illərdə ÇL-də üzləşdiyimiz hər uğursuzluq bizi daha da güclü etdi. Həmin anlarda üzüntümüzün həddi-hüdudu yox idi. Amma zaman göstərdi ki, o məğlubiyyətlərin bizə böyük faydası dəydi. Bu səviyyəyə çatmaq üçün həmin uğursuzluqları yaşamalıydıq. “Barsa”, “Real”, “Bavariya” kimi nəhənglər üçün bəlkə də bunlar adi qələbələrdi. Amma Klublararası DÇ-də zəfər bizə tam yeni hisslər bəxş etdi. Biz artıq hər turnirdə qalib ola biləcəyimizə inanmağa başlayırıq”.