AZ

Səhiyyə Nazirliyi: Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər müxtəlif xəsarətlər alıb VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məlumat yayıb.

“Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub. Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda qeyd edilir.

Seçilən
34
48
azertag.az

10Mənbələr