Bakı. Trend:
2025-ci il ərzində "Space TV", "ARB", "Xəzər TV", "MTV", “ATV”,"ARB", "Baku TV" kanallarının hərəsinə bir dəfə olmaqla ümumi 7xəbərdarlıq edilmiş, “MTV” və “Dünya TV” kanallarının yayımı hərəsi3 saatlıq, “Kanal S”-in yayımı 24 saatlıq, "Space TV"-nin yayımı 6saatlıq olmaqla ümumi 4 yayımın dayandırılması qərarı qəbuledilmişdir. Bundan əlavə, "MTV" kanalının aid olduğu "Muz TVAzərbaycan" MMC-nin üç min manatdan dörd min manatadək məbləğdəcərimə edilməsi ilə bağlı protokol tərtib olunmuşdur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Audiovizual Şuradanməlumat verilib.
Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasınınverilməsi üçün 2024-cü ilin sonunda elan edilmiş 2 paralelmüsabiqəyə 2025-ci ilin əvvəlində yekun vurulub:
"Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki,kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - “Pro MediaGroup” MMC (radio kanalın adı: “Planet FM”) və “Broadcast Media”MMC (radio kanalın adı: “Dalğa FM”) qalib elan olunaraq onlaraümumölkə yerüstü radio yayımçısı lisenziyası verilmişdir.
Bundan başqa, Audiovizual Şuraya daxil olan müraciətlər əsasında“TV1 Media” MMC-yə (televiziya kanalının adı: “TV1”), “Sport TV.AZ”MMC-yə (televiziya kanalının adı: “Sport TV 2”), “TV NET OTT”MMC-yə (televiziya kanalının adı: “Start Turan”), “Uninet” MMC-yə(televiziya kanallarının adı: “CityNet Hits” və “CityNet Premiere”)ümumi olaraq il ərzində 5 peyk yayımı həyata keçirməyən platfromayayımçısı lisenziyası verilmişdir".