Sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək və bu istiqamətdə əldə olunan nəticələr artıq öz bəhrəsini verir.
Publika.az xəbər verir ki, bu bu fikirləri Prezident İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən səsləndirib.
Dövlət başçısı qeyd edib ki, yaxın keçmişə, xüsusilə son onilliyə nəzər saldıqda Azərbaycanın keçdiyi yol nadir nümunədir:
"Son qanlı döyüşlərdən sülhə gedən yol cəmi iki il çəkib və bütün əziyyətlərə, qurbanlara baxmayaraq, sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirilib".