AZ

Qonaq gətdiyi evdə dəm qazından boğularaq öldü

Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb.

Ölkə.az Report-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Yaşar Allahyar oğlu Eyvazov qonaq gəldiyi qardaşının evindəki hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək həyatını itirib.

Seçilən
89
5
olke.az

10Mənbələr