AZ

Bu halda bütün İranı yer üzündən siləcəyəm – Tramp

ABŞ Prezidenti Donald Tramp İrana ünvanlanan hədələrlə çıxış edərək, onun həyatına təhlükə yaranacağı təqdirdə bütün ölkəni yer üzündən siləcəyini vəd edib.

Turkustan.az xəbər verir ki, bu barədə “NewsNation” məlumat yayıb.

“Xəbərdarlıq etmişəm ki, bu istiqamətdə nəsə baş verərsə, bütün ölkə havaya sovrulacaq, onlar yer üzündən silinəcək”, – Tramp deyib.

Qeyd edək ki, bir müddət əvvəl İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bəyan etmişdi ki, Tramp İslam Respublikasına hücum edərsə, İran ona “unudulmaz dərs” verməyə hazırdır./Globalinfo.az

Seçilən
41
turkustan.az

1Mənbələr