AZ

Prezident: Sülhə nail olmaq üçün güclü siyasi iradə lazımdır

BAKI, 21 yanvar. TELEQRAF

Sülh şəraitində yaşamağa alışmaq xoş hissdir və bu, ölkələrin inkişafı, rifahı və sabitliyi üçün daha geniş imkanlar yaradır.

Teleqraf xəbər verir ki, bu bu fikirləri Prezident İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən səsləndirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və mötəbər beynəlxalq şəxslərin verdiyi qiymət sülhə nail olmaq üçün güclü siyasi iradənin vacibliyini göstərir. Onun sözlərinə görə, sülhü yalnız sözlə deyil, əməli addımlarla istəmək lazımdır.

Dövlət başçısı qeyd edib ki, bu cür səylər beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirildikdə, sülhə töhfə verən tərəflər daha da həvəslənir və bu, qlobal miqyasda hələ də münaqişələrin davam etdiyi bölgələrə mühüm sülh mesajı ötürür.

Seçilən
45
teleqraf.com

1Mənbələr