Davos forumuna qatılmaq üçün İsveçrəyə yola düşən ABŞ Prezidenti Donald Trumpın təyyarəsində uçuşdan qısa müddət sonra elektrik nasazlığı baş verib. Bundan sonra təyyarə təhlükəsizlik məqsədilə ABŞ-a qayıdıb.
News365.az xəbər verir ki, Beyaz Saraydan verilən açıqlamada bildirilib ki, baş verən elektrik problemi səbəbilə Trumpın təyyarəsi Vaşinqtona geri dönüb və səfər yeni təyyarə ilə davam etdiriləcək.
Trumpın Davos səfərini izləyən jurnalistlər uçuşdan az sonra təyyarədəki bütün işıqların birdən söndüyünü deyiblər. Hadisə qısa davam etsə də, heyət səfərin təhlükəsizliyi üçün geri dönmə qərarı verib.
Jurnalistlərdən biri bildirib ki, elektrik arızası zamanı təyyarədə zarafatlar da edilib. O, Trump üçün Qətər tərəfindən hədiyyə olunan və hazırda təhlükəsizlik testlərindən keçirilən yeni Boeing 747-8 model prezident təyyarəsinə toxunaraq “Hazırda daha yaxşı səslənir” deyə zarafat edib.
Qeyd edək ki, ABŞ prezidentləri ənənəvi olaraq 2 ədəd AF1 prezident təyyarəsindən növbəli şəkildə istifadə edirlər.