AZ

Sadiq Qurbanov: “20 Yanvar Azərbaycan xalqının istiqlal mübarizəsinin ən parlaq səhifəsidir!”

20 Yanvar Azərbaycan xalqının istiqlal mübarizəsinin ən parlaq səhifəsidir!

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Dünya Azərbaycanlılarının 20 Yanvar hadisələri ilə bağlı QHT.az-a açıqlamasında qeyd edib. Onun sözlərinə görə, şübhaəsiz ki, həmin hadisələr Sovet İmperiyasının iç üzünü ifşa etdi. Bu bizim xalqımızın istiqlal savaşında apardığı mübarizənin ən parlaq səhifəsi idi. Bu hadisələr zamanı ən düzgün mövqeyi Ulu Öndər Heydər Əliyevə məxsus idi. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi:

“Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”;

Seçilən
153
qht.az

1Mənbələr