Biz qaz hasilatını artırır, neft hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var.
Bu barədə danışmaq üçün hələ tez olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var”.