AZ

İlham Əliyev ona verilən "Zayed İnsan Qardaşlığı Mükafatı"ndan danışdı

Prezident İlham Əliyev Davosda “Euronews” telekanalına müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il üçün ona verilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na münasibət bildirib.

Yenilik.az xəbər verir ki, dövlət başçısı bu mükafata layiq görülməsini böyük şərəf kimi qiymətləndirib:
“Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm”.
Qeyd edək ki, yanvarın 19-da Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Mükafat dövlət başçısına Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına verdiyi töhfəyə görə təqdim olunub.
Seçilən
21
yenilik.az

1Mənbələr