AZ

İlham Əliyev: Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub

"Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

"Bu nöqteyi-nəzərdən multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbət ruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvi dinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də bu ruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini, tətilini gəlib burada - dəniz sahilində keçirmək, həmçinin investisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsində investisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqat qiymətə sata bilərsiniz", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Seçilən
31
18
modern.az

10Mənbələr