AZ

Trampın təyyarəsi nasazlıq səbəbindən Davosdan ABŞ-yə geri qayıdır

BAKI, 21 yanvar. TELEQRAF

Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumuna yola düşən təyyarəsi aşkar edilən texniki nasazlıq səbəbindən ABŞ-yə geri qayıdır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp və onu müşayiət edən nümayəndə heyəti başqa bir təyyarəyə minərək İsveçrəyə səfərlərini davam etdirəcəklər.

Seçilən
162
teleqraf.com

1Mənbələr