Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki,Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində,əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.
İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfərköçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmətdiləyiblər.