AZ

Ukraynanın raketi tükənmək üzrədir

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Ukraynada təyyarələr və hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı var.

Reyting.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat etiraf edib.

"Raket çatışmazlığı həm yerüstü hava hücumundan müdafiə sistemləri, həm də təyyarələr üçündür. Buna görə də biz daim tərəfdaşlarımıza müraciət edirik", - İqnat Ukrayna telemarafonu zamanı deyib.

Xatırladaq ki, dekabrın 18-də Ukrayna prezidenti Vladimir Zelenski hava hücumundan müdafiə sistemləri üçün bəzi növ raketlərin tükəndiyini bildirmişdi.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
reyting.az

1Mənbələr