AZ

İspaniyada qatar qəzasında ölənlərin sayı 42-yə çatıb

Bakı, 20 yanvar, AZƏRTAC

İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 42-yə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb. Qəza nəticəsində 150-dən çox insanın yaralandığı bildirilir.

Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 41 nəfərin öldüyü açıqlanmışdı. Hazırda qəza yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

“El Mundo”nun məlumatına görə, qatar qəzası ilə bağlı aparılan istintaq çərçivəsində Madrid–Əndəlüs istiqamətindəki dəmir yolu infrastrukturunun vəziyyəti fəlakətin mümkün səbəblərindən biri kimi araşdırılır.

Seçilən
186
3
azertag.az

4Mənbələr