AZ

Bakıda nəqliyyatın hərəkəti tam bərpa olundu- DİN

Ajans.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. Hazırda paytaxt ərazisində nəqliyyat vasitələrinin bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib.

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Polis əməkdaşları xidmət apardıqları ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirərək, yollarda nəzarəti təmin edirlər.

Seçilən
111
Ajans.az

1Mənbələr