AZ

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yazdı

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb.

Publika.az xəbər verir ki, materialda bildirilib ki, hər il yanvarın 20-də Azərbaycan xalqı keçmiş SSRİ-nin dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının qurbanlarının xatirəsini yad edir.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Şəhidlər xiyabanını ziyarət edərək 1990-cı ildə törədilmiş faciənin qurbanlarının xatirəsini yad edib. Azərbaycan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Materialda bildirilib ki, hadisənin ildönümü Azərbaycanda Ümumxalq Hüzn Günü kimi hər il qeyd olunur.

Seçilən
80
1
publika.az

2Mənbələr