Bakı. Trend:
Araşdırmalar Antarktidadakı pinqvinlərin iqlim dəyişikliyinəcavab olaraq çoxalma mövsümünü əhəmiyyətli dərəcədə irəli çəkdiyinigöstərir.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Oksford Universiteti və Oksford Bruks Universitetinin "PenguinWatch" təşkilatı ilə birgə apardığı 10 illik tədqiqat bəzi pinqvinnövlərində çoxalmanın üç həftədən çox erkən başladığını ortayaqoyub.
Alimlər 2012–2022-ci illər ərzində 37 koloniya və subantarktikadalarda yerləşdirilən 77 kamera vasitəsilə "Adelie", "Chinstrap"və "Gentoo" pinqvinlərinin davranışlarını izləyiblər. Nəticələrəgörə, gentoo pinqvinlərində çoxalma vaxtı orta hesabla 13 gün, bəzikoloniyalarda isə 24 gün irəliləyib ki, bu da onurğalılar arasındaqeydə alınan ən sürətli fenoloji dəyişikliklərdən biri hesabolunur. Digər iki növdə isə bu irəliləyiş təxminən 10 gün təşkiledib.
Tədqiqatçılar bildirir ki, dəyişikliklər pinqvin balalarınınqidaya çıxışını təhlükə altına qoyur və növlər arasında rəqabətiartırır. Gentoo pinqvinləri daha çevik qidalanma qabiliyyətinəmalik olduqları üçün iqlim dəyişikliyindən nisbətən faydalansalarda, Adélie və chinstrap pinqvinlərinin sayında azalma müşahidəolunur. Alimlər xəbərdarlıq edirlər ki, bu proses Antarktidaekosisteminin ümumi tarazlığını poza bilər.