"Avropa İttifaqı Danimarka və Qrenlandiyanı ərazi bütövlüyü və suverenliyi baxımından dəstəkləyir və adaya maliyyə yardımını ikiqat artıracaq".
Publika.az CNN-ə istinadla xəbər verir ki, bunu Avropa Birliyi xarici işlər naziri Kaja Kallas bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın açıqlamaları görünməmiş bir vəziyyət yaradıb. Aİ-nin cavabı sakit qalmaq, mövqeyinə sadiq qalmaq və birlikdə hərəkət etməkdir.
Kallas əlavə edib ki, suverenlik satılmır və Avropa İttifaqı şübhəsiz ki, Qrenlandiya və Danimarkanın tərəfindədir.
"Qrenlandiyanın gələcəyi onun xalqı tərəfindən müəyyən edilməlidir", - Kallas qeyd edib.