AZ

Cəbrayıl, Qubadlı və Zəngilanda hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinə, Cəbrayıl şəhəri, eləcə də Horovlu və Cocuq Mərcanlı kəndlərinə yağan qarın xüsusi texnikalar vasitəsilə operativ şəkildə təmizlənməsi təmin edilib.

Azia.az-a verilən məlumata görə, sakinlərin təhlükəsiz hərəkəti üçün yaşayış binalarının, evlərin, inzibati binaların ətrafı qardan təmizlənib. Yolların açıq saxlanılması, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülüb.







Seçilən
18
4
azia.az

6Mənbələr