“Avropa İttifaqı Ermənistan hakimiyyətini Rusiyaya qarşı da daxil olmaqla, dağıdıcı fəaliyyətinə görə aldıqları 15 milyon avroluq tranşı ödəməyə məcbur edəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib.
“Şübhə etmirəm ki, Brüssel bürokratiyası erməni dostlarımızı bu 15 milyonluq tranşın hər sentini ödəməyə məcbur edəcək”.
Sergey Lavrov bildirib ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas da daxil olmaqla, Ermənistan hakimiyyətini anti-Rusiya xarici siyasət kursuna sövq ediblər və onlara iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl dağıdıcı fəaliyyət göstərmək təklif edilib.
O, həmçinin Ermənistanda Moldova ssenarisinin təkrarlanacağını bildirib və hakimiyyətin səsvermənin nəticələrini saxtalaşdıracağını deyib.