NATO-nun baş katibi Mark Rutte də daxil olmaqla, Avropa liderlərinin açıqlamaları Rusiya ilə müharibəyə hazırlıqların olduğunu göstərir .
Ölkə.az xəbər verir ki, bunu RF XİN başçısı Sergey Lavrov deyib.
Lavrov xatırladıb ki, Ukraynadakı hərbi münaqişəni nəzərə alaraq, Rusiya bu böhranın kök səbəblərini aradan qaldırmağı zəruri hesab edir. O iddia edib ki, Qərb ölkələri Ukraynanı Rusiyanın təhlükəsizliyinə təhdidə" çevirmək üçün illərdir bu kök səbəbləri qəsdən yaradırlar.
Lavrov əmindir ki, Avropa siyasətçilərinin və liderlərinin, Kaja Kallas, Ursula fon der Leyen, Merz, Starmer, Makron, Ruttenin - açıqlamalarını oxusanız, onlar Rusiya Federasiyasına qarşı müharibəyə ciddi şəkildə hazırlaşırlar və əslində bunu gizlətmirlər.
Mürtəza