AZ

Qəhrəmanların xatirəsi Ukrayna ilə Azərbaycanı birləşdirir

Yazını böyüt
Yazını kiçilt

Azadlıq üçün canlarından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna səfirliyinin sosial şəbəkə hesabında 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı başsağlığı mesajında qeyd olunub.

“Biz Azərbaycan xalqı ilə həmrəyik və günahsız qurbanların parlaq xatirəsi önündə dərin ehtiramla baş əyirik. Azadlıq uğrunda öz həyatlarından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir, eləcə də xalqlarımız arasında qarşılıqlı dostluğu gücləndirir. Bu dostluq suverenlik, ərazi bütövlüyü, müstəqillik və insan şərəfinin təmin olunması üzərində qurulub”, - bildirilib.

Seçilən
28
6
hafta.az

7Mənbələr