AZ

Azərbaycanda bu yağlar bahalaşdı - FOTOLAR

Azərbaycanda satışda olan duru yağların (günəbaxan və qarğıdalı) əksəriyyəti bahalaşıb.

"Cebheinfo.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bahalaşma ən çox Türkiyənin istehsalı olan yağlarda müşahidə edilir.

Bu gündən Türkiyənin istehsalı olan 1 litrlik "Kırlangıç" duru yağının (qarğıdalı) qiyməti 7,4 manat olub. Bir ay əvvəl bazarda sözügedən yağın qiyməti 5.6-6.6 manat arasında dəyişirdi.

Sözügedən yağın 2 litrinin qiyməti isə 14,4 manata yüksəlib. Bir ay əvvəl bazarda bu çəkidə olan sözügedən brendə məxsus yağ 10,9-13,6 manat arasında dəyişirdi.

"Cebheinfo.az"

Seçilən
144
3
cebheinfo.az

5Mənbələr