ain.az bildirir, Oxu.az portalına istinadən.
"1990-cı ilin 20 yanvar günü çalışdığım Kürdəmir rayon xəstəxanasının təcili yardım şöbəsindən Bakıya təcili xəstə gətirəsi olduq. Paytaxta çatanda artıq qırğın başlamışdı, hadisələrin necə baş verdiyi gördüm".
Bu sözləri Oxu.Az-a açıqlamasında 20 Yanvar hadisələrinin şahidi, Birinci Qarabağ müharibəsi veteranı Əsgər Əliyev deyib.
O bildirib ki, rayondan gətirdiyi xəstəni "Semaşko" adlanan xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəzə - red.) çatdırandan sonra təcili yardım maşını ilə şəhərə dönərək, qırğında yaralananların daşınmasına kömək edib:
"Şəhərdə xəstəxanaya çatdırmaq üçün yaralılardan birini götürdük. Lakin mənə dedilər ki, maşını "Salyan kazarması"nın həyətində saxlayım. Çünki tankları məhz təcili yardım maşınlarının üzərinə sürürdülər. Çox dəhşətli gün idi".
"1992-93-cü illərdə isə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Döyüşlərdə iki dəfə yaralanmışam. Allah bütün şəhidlərimizə rəhmət eləsin" - deyə, Ə.Əliyev qeyd edib.
Mərahim Nəsib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.