AZ

Atəşkəs bitdi, İŞİD buraxıldı: Suriyada ordu hücuma keçdi

Dəməşqlə SDQ arasında atəşkəs əldə olunmasına baxmayaraq  Rakka əyalətində YPG/SDQ qüvvələrinin  İŞİD terrorçularının da saxlanıldığı Aktan həbsxanasını təhvil vermək istəmədikləri səbəbindən  tərəflər arasında şiddətli toqquşmalar davam edir. 

Ölkə.az xəbər verir ki, verilən yazılı açıqlamaya görə, Suriya ordusu Şəddadidəki həbsxananı ələ keçirmək üçün vasitəçilərlə  YPG/SDQ ilə əlaqə saxlayıb, lakin  qarşı tərəf  bunu rədd edib.
"SDQ-nin Şəddadi həbsxanasından İŞİD üzvlərini azad etməsindən sonra ordu qüvvələri Hasəkə kəndindəki Şəddadi şəhərinə girməyə başlayıb", -Suriya ordusunun açıqlamasında deyilir.

Suriya ordusu Şəddadi şəhərində, İŞİD üzvlərinin saxlandığı Aktan həbsxanasında, ətrafında azadlığa buraxılan İŞİD üzvlərini tutmaq üçün axtarış və təmizlik əməliyyatlarının aparıldığı bildirilib.

Bəyanatda həmçinin Şəddadi həbsxanasından İŞİD üzvlərinin azad edilməsindən YPG/SDQ məsul tutulub.
Verilən məlumata görə, Suriya ordu birləşmələri və qəbilə qüvvələri Rakka və Deyr əz-Zor istiqamətlərindən irəliləyərək bölgəyə çatıb.

 Mürtəza

Seçilən
182
1
olke.az

2Mənbələr