AZ

TikTok yaş məhdudiyyəti təzyiqləri fonunda Avropada yeni nəzarət sistemini işə salır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sosial media nəhəngi "TikTok" platformada 13 yaşdan aşağı istifadəçilərin qarşısını almaq məqsədilə Avropa üzrə yeni və təkmilləşdirilmiş yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, şirkət istifadəçilərin yaşını “təxmin etmək” üçün yeni texnologiyadan istifadə olunacağını açıqlayıb.

Yeni sistem profil məlumatlarını, paylaşılan videoları və platformadakı digər davranış göstəricilərini analiz edərək hesabın 13 yaşdan aşağı bir uşağa məxsus olub-olmadığını müəyyən etməyə çalışacaq. Şübhəli hesablar yekun qərar verilməsi üçün insan moderatorlara yönləndiriləcək.

"TikTok" bildirib ki, “yaxın həftələrdə” istifadəyə veriləcək bu texnologiya məxfilik prinsiplərinə uyğun şəkildə işləyəcək. Şirkətin sözlərinə görə, pilot mərhələdə minlərlə azyaşlıya məxsus hesab məhz bu üsulla aşkar edilərək bağlanıb.

Hesabı səhvən işarələnən istifadəçilər qərara üz tanıma texnologiyası, kredit kartı təsdiqi və ya şəxsiyyət sənədi yoxlanışı kimi vasitələrlə etiraz edə biləcəklər. "TikTok" rəsmiləri gənclərin qorunması üçün çoxmərhələli yanaşmanın vacib olduğunu vurğulayıblar.

Bununla belə, bəzi uşaq hüquqlarını müdafiə edən fondlar və onlayn təhlükəsizlik qrupları ümumi qadağalara qarşı çıxır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə qadağalar uşaqları və potensial cinayətkarları internetin daha az nəzarət olunan, qaranlıq sahələrinə yönəldə və valideynlərdə “yalançı təhlükəsizlik hissi” yarada bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
bizimyol.info

1Mənbələr