AZ

Danimarka qoşunları Qrenlandiyaya gəlib | VİDEO

AzVision.az xəbər verir ki, Danimarka Silahlı qüvvələrinin nümayəndələrinə istinad edən “TV2” telekanalının məlumatına görə, qrupla Danimarka ordusunun Baş Qərargah rəisi Peter Boysen də adaya gələcək.

Adada yerləşdirilən hərbçilərin sayı açıqlanmır. Onların“Danimarka qoşunlarının sayını artırmaq üçün” Qrenlandiyada yerlədiriləcəyi bildirilir.

“Hərbçilər burada“Arctic Endurance (Arktika Dözümlülüyü)” təlimlərinə başlayacaqlar. Danimarka tərəfindən təşkil edilən təlimin məqsədi müttəfiq qüvvələrin əməliyyat hazırlığını yoxlamaq və NATO ölkələri ilə Şimali Atlantikadakı tərəfdaşlar arasında koordinasiyanı təcrübədən keçirməkdir”, - məlumatda deyilir.

Avropa Trampa cavab hazırlayır
Bu hadisəyə reaksiya verən ABŞ prezidenti Donald Tramp “X” sosial şəbəkəsində etdiyi paylaşımda“Danimarka Qrenlandiyadan dərhal rədd olmalıdır”ifadəsini yazıb.

Daha əvvəl isə Amerika lideri 2026-cı il fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyanın ABŞ-yə göndərilən bütün mallarına 10 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
185
azvision.az

1Mənbələr