AZ

"Yuventus" Ronalduya milyonlarla avro ödəyəcək

Ajans.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 2024-cü ilin aprel ayında qəbul edilmiş arbitraj qərarına əsasən, "Yuventus" Ronalduya 9.8 milyon avro ödəməlidir. Yığılmış faizlər də daxil olmaqla, ümumi borc hazırda təxminən 11 milyon avro təşkil edir. Klub həmçinin məhkəmə xərclərini də ödəməlidir.

Xatırladaq ki, komandanın Ronalduya borcu COVID-19 pandemiyası zamanı yaranıb. O dövrdə Turin klubu xərclərini müvəqqəti olaraq azaldıb. 2021-ci ilin yayında portuqaliyalı futbolçu "Mançester Yunayted"ə keçsə də, "Yuventus" Ronalduya olan borcunu hələ də ödəməyib.

Seçilən
140
Ajans.az

1Mənbələr