AZ

Köpəkbalığı hücumlarından sonra Sidneyin şimalındakı bütün çimərliklər bağlanıb

Köpəkbalıqlarının insanlara hücum etmə təhlükəsinin yüksək olması səbəbindən Sidneyin şimalındakı bütün şəhər çimərlikləri ictimaiyyət üçün bağlanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi məlumat yayıb.

"Sidneyin şimal tərəfindəki bütün çimərliklər növbəti bildirişə qədər bağlanıb və bu qərar mütəmadi olaraq yenidən nəzərdən keçiriləcək", - deyə qurumun 19 yanvar axşamı şəhərin şimalında yerləşən Menli çimərliyində baş vermiş üçüncü köpəkbalığı hücumundan sonra yaydığı bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, yanvarın 20-si səhər saatlarında Yeni Cənubi Uels sahillərində son 48 saat ərzində dördüncü köpəkbalığı hücumu qeydə alınıb. Hadisə regionun mərkəzi sahilində, Sidneydən 400 km şimalda yerləşən Point-Plomer çimərliyində baş verib. 39 yaşlı kişi yırtıcının hücumundan sonra ayaqlarındakı kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb.

Seçilən
167
far.az

1Mənbələr