Mingəçevir şəhərində qadın dəm qazından boğulub.
Ölkə.az xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Arzu Aslanova yaşadığı evin hamamında dəm qazından boğulub. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)