GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qarlı hava şəraiti Cəlilabad rayonunda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, qar yağışı nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravar, Kövuzbulaqdan keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda sözügedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları tərəfindən qar örtüyündən təmizlənir.
Qeyd edək ki, Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir. Hazırda qarın hündürlüyü sözügedən kəndlərdə 15 sm-ə, dağlarda isə 20 sm-ə çatır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.