“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, Qara Dəniz təmsilçisi “Parma”nın müdafiçisi Matias Loviklə anlaşıb.
22 yaşlı norveçli futbolçu müqaviləyə imza atmaq üçün Trabzona gəlib.
Lovik “Parma”ya 2025-ci ilin avqustunda “Mölde”dən keçib. O, bu mövsüm İtaliya A seriyasında 9 oyunda meydana çıxıb.