“Fintech” dünyasının görkəmli simalarından olan “Airwallex”in həmtəsisçisi və baş direktoru Cek Çjanqın uğur hekayəsi illərlə çəkdiyi çətinliklər üzərində qurulub. Metbuat.az xəbər verir ki, CNBC-yə danışan Çjanq, gənc yaşlarından başladığı iş həyatı barədə məlumat verib. Çjanq, ingilis dilini bilmədən Avstraliyaya mühacirət edib və dolanışığı təmin etmək üçün restoranlarda qab yuyub, barmen kimi çalışıb. Eyni zamanda o, Melburn universitetində kompüter elmləri üzrə təhsil alıb. İndi 40 yaşlarında olan Çjan hələ də şirkətində həftədə 80 saat və ya daha çox işləyir və şirkətin dəyəri 8 milyard dollara çatıb. “Airwallex” ideyası, onun universitet dostu və hazırda həmtəsisçisi olan Maks Li ilə birlikdə işlətdiyi Melburnda yerləşən qəhvəxanada yaranıb. Onlar Çin və Braziliya kimi ölkələrdən qəhvə dənələri idxal edərkən tez-tez sərhədlərarası pul köçürmələri etməli olublar. Bu proses zamanı onlar SWIFT vasitəsilə edilən beynəlxalq ödənişlərin yavaş, bahalı və səmərəsiz olduğunu hesab ediblər. Problemin sistemli olduğunu müşahidə edən Zhang və Li həll yolu yaratmaq qərarına gəliblər. 2015-ci ildə təxminən 1 milyon dollar kapitalı olan ikili, sərhədlərarası ödənişləri daha intensiv və daha səmərəli etməyi hədəfləyən “Airwallex”i qurublar. Ardınca şirkət nüfuz qazanıb.