Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Uzun müddətdir səhhətindəki problemlərə görə səhnədən uzaq düşən Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Zal qızı Zalxa” tamaşası ilə yenidən tamaşaçıların görüşünə gəlir.
MÖVZU İLƏ BAĞLI:
Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır
Bizim.Media-ya danışan aktrisa hazırda səhhətinin yaxşı olduğunu bildirib:“Müalicəm qaydasında davam edir. Hazırda vəziyyətim çox yaxşıdır. Özüm də indi çəkilişdəyəm, məşqlərimiz gedir. Hər şey əladır. Səhhətimdə yaranan problemlərə görə, bir müddət uzaq qalmışdım, amma indi durumum əladır”, -deyə fəaliyyəti ilə bağlı gələcək planlardan danışmayıb.Qeyd edək ki, uzun aradan sonra Afaq Bəşirqızı yanvarın 30-da səhnəyə çıxacaq.Xatırladaq ki, aktrisa onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlamışdı.Naibə Məmmədova, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.