ain.az, Olke.az portalına istinadən məlumat yayır.
Düzgün geyim seçimi bədən xətlərini daha balanslı və incə göstərə bilir. Moda mütəxəssislərinə görə, bəzi geyimlər kəsimi və forması sayəsində insanı olduğundan daha fit göstərir.
Ölkə.az 5 bədən arıq göstərən geyimlərin siyahısını təqdim edir:
Moda ekspertləri bildirir ki, bu parçaların qarderobda olması kombin yaratmağı da asanlaşdırır. Düzgün aksesuar və ayaqqabı seçimi ilə tamamlanan bu geyimlər hər bədəndə daha balanslı və şık görünüş əldə etməyə kömək edir.
1. Qara və tünd tonlu donlar
Qara, tünd göy, tünd yaşıl və antrasit kimi rənglər bədən cizgilərini daha dolğun göstərir. Xüsusilə tək parça donlar görüntünü bölmədiyi üçün daha uzun və incə siluet effekti yaradır. Diz səviyyəsində və ya midi boy modellər bu təsiri daha da gücləndirir.
2. Yüksək bel şalvarlar
Yüksək bel şalvarlar bel nahiyəsini ön plana çıxararaq ayaq boyunu daha uzun göstərir. Bu isə daha fit görüntü yaradır. Düz ayaqlı və ya bir qədər boş kəsimlər bədənə yapışan, dar modellərlə müqayisədə daha balanslı duruş təklif edir.
3. V-yaxa bluz və donlar
V-yaxa detalları üst bədəni daha uzun və incə göstərən ən təsirli kəsimlərdən biridir. Boyun və sinə nahiyəsində yaratdığı dərinlik diqqəti mərkəzə çəkir və çiyinləri daha balanslı göstərir.
4. Şaquli zolaqlı geyimlər
Şaquli zolaqlar göz yanılması yaradaraq boyu daha uzun, bədəni isə daha incə göstərir. Don, şalvar və ya ətəklərdə istifadə olunan incə dikey zolaqlar xüsusilə sadə kombinlərdə güclü effekt yaradır.
5. Oversize pencəklər və uzun jiletlər
Düzgün ölçüdə seçilmiş oversize pencəklər bədəni olduğundan daha kiçik göstərə bilir. Uzun jiletlər və blazer pencəklər bədən xətlərini yumşaldaraq daha zərif siluet formalaşdırır. Xüsusilə açıq şəkildə geyinilən modellər şaquli xətt effekti yaradır.
Həmidə İbrahimova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.