AZ

Mircəfər Bağırovun əşyası 18 min manata satılır

Azərbaycanın keçmiş rəhbəri Mircəfər Bağırovun iş otağına aid nadir mebel satışa çıxarılıb.

Publika.az Modern.az-a istinadən xəbər verir ki, Mircəfər Bağırovun iş otağında istifadə olunduğu bildirilən mebel satışa çıxarılıb. Bildirilir ki, sözügedən mebel 1951-ci il istehsalıdır və ondan yalnız bir ədəd hazırlanıb.

Saytımızın əməkdaşları mebeli satışa qoyan şəxslərlə əlaqə saxlayıb. Onların sözlərinə görə, Mircəfər Bağırovun bu mebelin yanında dayandığını əks etdirən fotoşəkil də mövcuddur. Mebelin çəkisinin 100 kiloqramdan artıq olduğu qeyd edilir.

Əşyanın satış qiyməti 18 min manat olaraq müəyyənləşdirilib. Satışı həyata keçirən şəxslər əvvəlcə mebeli Rusiya bazarına çıxarmağı düşünsələr də, sonda onu Azərbaycan kolleksiyenerləri üçün təqdim etməyə qərar veriblər.

Seçilən
141
7
publika.az

10Mənbələr