AZ

"Kimsə qolumdan tutmasa, qalxa bilmirdim" - Könül

Ajans.az xəbər verir ki, bu barədə "Söhbət var" verilişində danışan müğənni uzun müddət depressiya yaşadığını deyib.

"Çəkiyə görə hədsiz dərəcədə depressiya yaşayırdım. Səhnə adamıyıq, istəyirik ki, hər şey qaydasında olsun. Rahat gündəlik geyimdə bir məkana getdim, dedilər ki, sən axır vaxtlar çox "sovremenniy" olmusan. Üç pilləkəni qalxa bilmirdim. Əziyyət çəkirdim. Kimsə qolumdan tutmasa, qalxa bilmirdim. Arıqlamaq üçün hətta Türkiyəyə üz tutdum. Səhnədə müqaviməti itirirdim. Səsim də açılıb, qəribə bir şeydir. İradəli insan deyiləm, arıqlamağımın səbəbi səhnə məsuliyyətidir. Yoxsa hamı kimi xanım-xatın yeyib, gəzəcəkdim. Uşaq yaşlarımdan şirniyyat sevmirəm. Xəmir xörəklərini, təndir çörəyi, pendir, yağlı, dadlı-tamlı yeməkləri sevirəm..." - o bildirib.

Seçilən
113
1
Ajans.az

2Mənbələr