AZ

Star Wars un prezidenti vəzifəsindən ayrıldı

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

"Lucasfilm"in prezidenti Ketlin Kennedi 13 ildən sonra adıçəkilən vəzifəsindən ayrılıb və bununla da "Star Wars"un Disney dövrünün ilk mərhələsi başa çatıb.

Kulis.az xəbər verir ki, o, 2012-ci ildən etibarən franşizanın ən məhsuldar və gəlirli dövrlərindən birinə rəhbərlik edib.

Bu illər ərzində yeni trilogiya, müstəqil filmlər və bir sıra uğurlu seriallar istehsal olunub.

Kennedinin fəaliyyəti bəzən pərəstişkarlar arasında mübahisələr yaratsa da, filmləri 5,6 milyard dollar gəlir gətirib.

"Lucasfilm"in rəhbərliyi bundan sonra Deyv Filoni və Linvin Brennana həvalə olunacaq.

Qeyd edək ki, Kennedi "Star Wars" çərçivəsində iki yeni filmdə icraçı prodüser kimi iştirak edəcək.

Xəyanətə görə həyat yoldaşından boşanan, oğlunu gözləyə-gözləyə vəfat edən Nəcibə Behbudova

Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

Rafiq Quliyev: “Filmlərimizin 90 faizi qeyri-səmimidir” - Müsahibə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
kulis.az

2Mənbələr