AZ

Azərbaycanda karbamid istehsalı artdı

Ötən il Azərbaycanda 587 min ton həcmində karbamid istehsal olunub.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb Bu, 2024-cü il ilə müqayisədə 10 % çoxdur.Bu ilin yanvarın 1-nə 52 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Seçilən
19
1
metbuat.az

2Mənbələr