AZ

20 Yanvar faciəsi ilə bağlı Topçubaşovun məzarı ziyarət edildi FOTO

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Fransadakı səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, səfirlik UNESCO yanında Azərbaycan Daimi Nümayəndəliyi və Azərbaycan diasporu ilə birlikdə 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Sen-Klu qəbiristanlığında Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarları önündə toplaşaraq onların xatirəsini yad edib və şəhidlərin əziz xatirəsinə ehtiram göstəriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
130
5
bakivaxti.az

5Mənbələr