AZ

Əhalinin yanacaq xərcləri ötən il 8%-ə yaxın artıb

Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 856,3 mln. manat xərclənib.

Bu barədə  Dövlət Statistika Komitəsi  xəbər verir.

    Məlumata görə, hesabat dövründə qeydə alınan göstərici 2024-cü ilin göstəricisini 7,8% üstələyib.

    Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

    Seçilən
    101
    5
    banco.az

    6Mənbələr